Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Pensiya artırılır? - 500 manat…

Tarix: 02-03-2025 19:59     Baxış: 446 A- / A+

Milli Məclisin deputatı Mübariz Qurbanlının son təklifi müzakirə obyektinə çevrilib. Belə ki, millət vəkili həyat yoldaşını işləməyə qoymayan kişinin maaşının bir hissəsinin qadının pensiya fonduna keçirilə biləcəyini deyib.
Sitat: "Məsələni bu yolla qanuniləşdirmək olar. Buna heç kim etiraz etməməlidir, çünki kişi özü qadını işləməyə qoymayıb"
Sözügedən təklif sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bunu təqdir edənlər də var, kəskin etirazlar səsləndirənlər də...
Bu mexanizmin tətbiqi mümkündürmü?
Manevr.az bildirir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deputatın fikrini dəstəkləməyib:
"Bu məsələ qanuniləşərsə, dövlət ailə məsələlərinə müdaxilə etmiş olur. Qərar böyük problemlər yarada bilər. Bütün ailələr sona qədər birliyini qorumur, kifayət qədər boşananlar var. Digər tərəfdən sistem necə qurulacaq? Kişilərə bir-bir zəng vurub həyat yoldaşına işləməyə icazə verib-vermədiklərini soruşacaqlar? Bu gün nikah müqaviləsi ilə bağlı məsələni belə həll edə bilmirik".
İqtisadçı bildirib ki, bu qərar Azərbaycan ailə dəyərlərinə ziddir:
"Əvəzində evdar qadınlar üçün daha yüksək məbləğdə minimum pensiya məbləği müəyyənləşdirilə bilər. Məsələn, minimum pensiya 320 manatdırsa, evdar qadınlara bu, 400-500 manat olsun. Yəni 25 faiz daha çox...Ən sadə həll yolu budur. İndiki halda ABŞ və ya Avropa ölkələrində müşahidə olunan tendensiyanı ölkəyə daşımaq doğru deyil".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar