Sizin Reklam Burada
Xəbər lenti
07-08-2026
06-08-2026
BÜTÜN XƏBƏRLƏR

Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - cəzası bilindi

Tarix: 27-02-2025 19:05     Baxış: 3314 A- / A+



Kürdəmirdə vəzifəli şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş şəxsə hökm oxunub.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə 36 yaşlı Asif İsmayılova 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Onun sürücülük hüququ da 1 il 6 ay müddətə məhdudlaşdırılıb.
Sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkməsi qərara alınıb. Bildirilib ki, ötən ilin iyul ayında baş vermiş hadisə vaxtı piyada, Kürdəmir Şəhər Avtovağzalının müdiri Rasim İsrafilov rayonun Bakı prospektində yol kənarında dayanıbmış. O, həyat yoldaşını paytaxta yola salmaq üçün maşın gözləyirmiş. Bu zaman A.İsmayılov "Ford Transit" markalı avtomobili arxaya doğru hərəkət etdirib. Nəticədə, maşın R. İsrafilova dəyib. Yıxılaraq ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar