Sizin Reklam Burada
Xəbər lenti
27-02-2025
26-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu halda pensiyalar yüksək məbləğdə arta bilər

Tarix: 27-02-2025 15:28     Baxış: 438 A- / A+
Azərbaycanda özəl pensiya fondlarının yaradılması istiqamətində işlərə başlanılıb. Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində pensiya təminatı sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.
Nəzərdə tutulan tədbir çərçivəsində əsas icraçı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar sırasında isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Ədliyyə Nazirliyi qeyd edilib.
Bir müddət əvvəl bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq təcrübələr, o cümlədən Rumıniya, Polşa, Fransa, Xorvatiya, Türkiyə və bir sıra digər ölkələrin təcrübəsi öyrənilmiş və bunun əsasında pensiya fondlarının fəaliyyətinə dair ilkin qanunvericilik layihələri hazırlanıb.
Özəl pensiya fondlarının yaradılmasında həyat sığortası şirkətlərinin rolu əhəmiyyətlidir. Bu şirkətlər beynəlxalq təcrübələrin öyrənilməsində və fondların idarə edilməsi üzrə təkliflərin hazırlanmasında yaxından iştirak edirlər.
Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib ki, əksər inkişaf etmiş ölkələrdə özəl pensiya fondları fəaliyyət göstərir: "Bu fondların fəaliyyəti pensiya yaşına çatmış şəxslərin sosial təminatının gücləndirilməsi üçün böyük rol oynayır".
O deyib ki, özəl pensiya fondlarının yaradılması məsələsi uzun müddətdir müzakirə olunur.
"Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi məsələ ilə bağlı, 20-dən artıq qanunvericilik aktlarının uzlaşdırılması işlərinin getdiyini söyləyib. Yəni, bu istiqamətdə qanun bazaları yaradılır. Bu fondlar vətəndaşlara həm dövlət, həm özəl pensiya fondlarında yığım imkanı bəxş edir. Əsas üstünlük isə fond ilə əməkdaşlıq və ödəniş edən vətəndaşlara pensiya yaşı tamam olduqda, 2 mənbədən pensiya almalarına şərait yaradır. Bu da məbləğlərin artmasına gətirib çıxarır".
Vüqar Bayramov qeyd edib ki, vətəndaş bu proseslərdən keçdikdən sonra əgər onun dövlət pensiyası 500 manatdırsa, özəldən 300 manat ala bilər: "Bu da ümumi pensiyanın 800 manat olduğunu göstərir. Konkret olaraq, qanun müəyyən olduqdan sonra, qaydalar haqqında məlumat veriləcək".

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar