Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Həsən Kür komadadır, tənəffüs aparatına qoşulub

Tarix: 27-02-2025 15:28     Baxış: 3179 A- / A+


Həsən Zeynallının (Kür) vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir.
Manevr.az xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu Leyla Mərcan məlumat verib.
O qeyd edib ki, Həsən Kür kirtik mərhələni qismən dəf edib:
"Xəstəxanaya yerləşdirilən zaman vəziyyəti çox kritik idi. Amma hazırda huşu özünə qayıtmağa başlayıb. Adi əmrlərə reaksiya verir. Lakin huşu tam aydın olmadığından deyə bilərik ki, xəstə hazırda komadadır və ağciyər kontuziyası, qabırğa qırıqları olduğu üçün xəstə hələ də süni tənəffüs aparatına qoşulub. Beyin ödəmi, qanamalar davam edir. Qan beyindən tam sovrulmayıb".
Leyla Mərcan bildirib ki, sabah Həsən Kür kontur kompüter tomoqrafiyası ediləcək:
"Katenin nəticəsindən sonra xəstənin vəziyyətinin müsbət istiqamətə dəyişib-dəyişməməsini müəyyən edəcəyik. Lazım olsa, əməliyyat olunacaq".
Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar