Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ən çox və ən az evliliyin olduğu rayonlar

Tarix: 24-02-2025 15:32     Baxış: 327 A- / A+
Azərbaycanda ən çox və ən az evliliyin olduğu rayonlar
2023-cü il statistikasına görə, Azərbaycanda 54 200 nəfər nikaha daxil olub. Dövlət Statistika Komitəsinin 2024-cü ilə aid statistikasına görə isə 46 146 nəfər evlənib, 19 597 nəfər isə boşanıb.

Bundan əvvəl Azərbaycanda boşanmaların ən çox və ən az olduğu rayonlar haqqında yazmışdıq, bu dəfə isə ən çox və ən az nikahın bağlandığı rayonlardan bəhs edirik. 

Manevr.az
bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə hər 1000 nəfərə düşən evlilik sayı ortalama 5.3 nisbətində olub. 

Ən çox nikahın qeydə alındığı rayon Xocalıdır. Belə ki, Xocalıda əhalinin hər 1000 nəfərə düşən nikahın ümumi əmsalı 8.5-dir. Nikah sayına görə ən yüksək göstərici Xocalıdan sonra Şuşa və Xocavəndə aiddir. Şuşada nikah bağlayanların ümumi əmsalı ortalamadan 2.2 vahid çoxdur, Xocavənddə isə bu göstərici 7.4-dür. Onu da qeyd edək ki, boşanmaların sayına görə də Qarabağ bölgəsi liderliyə sahibdir. 

Evliliklərin çox olduğu digər rayonların siyahısında Kəlbəcər, Qobustan və Yardımlını da göstərmək olar. Kəlbəcərdə hər 1000 nəfərə düşən evlilik nisbəti 6.8, Qobustanda 6.7, Yardımlıda isə 6.6-dır.

Nikah sayının ən az olduğu rayon isə Abşerondur. Belə ki, burada evlilik sayı ortalamadan çox aşağı – 2.7 nisbətindədir, Abşerondan sonra isə 2023-cü ildə nikahın ümumi əmsalının az olduğu digər rayon boşanmaların ən çox olduğu Naftalan rayonudur. Naftalanda evlilik hər 1000 nəfərə 3.7  nisbətində düşür, üçüncü yerdə isə Naxçıvan Muxtar Respublikasının 3.8 nisbəti ilə Ordubad rayonu gəlir. 

Ölkənin ən böyük şəhərlərində isə nikaha daxil olanların nisbətində fərqlər müşahidə olunur. Paytaxt Bakıda əhalinin hər 1000 nəfərinə düşən evlilik nisbəti 5.6-dırsa, bu göstərici Gəncədə 4.2, Sumqayıtda isə 3.8-dir.modern.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar