Manevr.az apa-ya istinadən xəbər verir ki, bir neçə gündür cənub bölgəsinə yağan güclü qar yollarda problemlər yaradıb. Ucqar dağ kəndlərinə gedən yollarda problemlər qalmaqdadır. Rayonun Lerik-Hamarat-Vijaker yolunda qar uçqunları baş verib. Həmin istiqamətdə 20-ə yaxın kəndə gediş-gəliş çətinləşib.
Hazırda yolda təhlükəsizlik tədbirləri görülür.
Lerik Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov apa-ya bildirib ki, hava şəraiti ilə bağlı ucqar dağ kəndlərinə gediş-gəlişdə çətinliklər var. Qeyd olunub ki, hazırda yollar qardan təmizləyir: "Dünənə kimi 50-yə yaxın kənddə elektrik enerjisi verilişi dayanmışdı. Bu gün artıq kəndlərin 50 faizinə enerji verilişi bərpa olunub. Günün sonuna kimi rayon tam elektrik enerjisi ilə təmin olunacaq".


