Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Məhkəmələrdə süni intellektdən istifadə oluna bilər

Tarix: 21-02-2025 19:35     Baxış: 354 A- / A+
Məhkəmələrdə süni intellektdən istifadə oluna bilər
Bir çox ölkələrdə ədalət mühakiməsinin həyata keçirilməsində süni intellekt tətbiq olunur.
Manevr.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Yüksəliş" müsabiqəsi tərəfindən keçirilən "Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi" Forumunda iştirakçıların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, gələcəkdə məhkəmədə bundan istifadə olunması istisna deyil:
"Yəqin ona hansısa sual veriləcək. Amma cavabı sadəcə rəy şəklində ola bilər. Süni intellekt həyatın bütün sahələrinə sirayət edəcək. Amma bütün qərarların arxasında canlı insan dayanır. Burada hisslər, insani keyfiyyətlər, vicdan əsas rol oynayır. Bu məsuliyyətin arxasında insan dayanır. “Sofiya” xanım bunu bacara bilməz”.
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov isə Azərbaycanda süni intellektin inkişaf konsepsiyasının təsdiqlənməsinin gözlənildiyini bildirib.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə vurğulayıb ki, süni intellekt və kibercinəyatkarlıq suverenliyə təhlükə törədən amillərdəndir:
"Süni intellektlə bağlı qanun layihəsinin hazırlanması da planlaşdırılır. Bu baxımdan İKT sahəsini və məsələnin hüquqi aspektini yaxşı bilən kadrlar lazımdır".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar