Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? - FOTOLAR

Tarix: 20-02-2025 16:25     Baxış: 346 A- / A+
Bakıda hərraca çıxarılan lüks “Rolls Royce”un sahibi kimdir? - FOTOLAR
Bakıda hərraca çıxarılacaq "Rolls Royce"un sahibi bəlli olub. 
Manevr.az xəbər verir ki, “Yeni Sabah”ın araşdırmasına görə, məhkəmə qaydasında müsadirə edilən 99-AF-009 dövlət nömrə nişanlı lüks avtomobil Azərbaycanlı iş adamı, “Eurohome” ticarət mərkəzinin rəhbəri, həmçinin AF Holdinq Şirkətlər Qrupunun prezidenti Azay Möhnətova aiddir. Dövlət nömrə nişanındakı “AF” hərfləri bunu ifadə edir. 

Mediada yer alan məlumatlardan məlum olur ki, Azay Möhnətov həmçinin, "AF Hotel Aqua Park"ın, "Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür.
Qeyd edək ki, ötən gün Bakıda "Rolls Royce Ghost" avtomobili hərraca çıxarılması ilə bağlı elan paylaşılıb. Lüks avtomobilin minimal satış qiymətinin 262 500 manat, ilkin qiymətinin isə 375 min manat olduğunu açıqlanıb. 2014-cü ilə aid olan ağ gümüşü rəngli, 6,6 l. mühərrik həcmli "Rolls Royce Ghost" 75 min kilometr yürüş edib. 
Avtomobilin ilk hərracı martın 6-da keçiriləcək. 
Xatırladaq ki, bu tipli hərraclar, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir. Adətən bankda girov qoyulan əmlaklar bu qayda ilə satılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar