Bakının Yasamal rayonunda yerləşən “Nuxa” restoranın fəaliyyəti dayandırılıb.
Manevr.az "qafqazinfo"ya istinadla xəbər verir ki, restoranın sahibi hazırda həbsdə olan və “qumar kralı” kimi tanınan Yusif Baqiyev (Şəkili) olub.
Qeyd edək ki, prokurorluğun yaydığı məlumata əsasən, Yusif Baqiyev Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.
azırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Yusif Baqiyev barədə araşdırma
Prokurorluğun bir neçə gün əvvəl yaydığı məlumatda qeyd olunub ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Baqiyev Yusif Seyfullah oğlunun Ramil Saadov və digər şəxslərlə mütəşəkkil dəstə halında birləşərək özünə məxsus olan onlayn qumar saytlarının ölkə ərazisində qanunsuz olaraq fəaliyyət göstərməsinə nail olmaqla xüsusilə külli miqdarda qanunsuz gəlir əldə etməsi üzə çıxıb. Habelə, 2022-ci ildən başlayaraq “Paysis” MMC və “Pulpal” MMC-nin rəhbəri Nasibov Samir Hüseyn oğlu ilə sövdələşərək sonuncuya məxsus pul köçürmə sistemlərində ayrı-ayrı şəxslərin adına elektron pul kisələrinin açılaraq onlayn qumar oyunları nəticəsində əldə edilməklə həmin kisələrə köçürülmüş ümumilikdə 161 milyon manatdan artıq pul vəsaitin müxtəlif şəxslərin adlarına açılmış çoxsaylı kart hesablarına köçürməsi yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Yusif Baqiyevin restoranı
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin bu gün yaydığı məlumatda bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 1055-ci məhəllədə yerləşən yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən “Nuxa” restoranında yoxlama keçirilib. Nəticədə yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 1055-ci məhəllədə yerləşən yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən “Nuxa” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Xəbər lenti
Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar