Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda yeni bulvar salınacaq - FOTO

Tarix: 19-02-2025 21:04     Baxış: 3222 A- / A+
Bakıda yeni bulvar salınacaq - FOTO
Bakı şəhərində yeni bulvar salınacaq.
Manevr.az xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidmətindən məlumat verilib.
Uzun illər ətrafdakı qəsəbələrin tullantı və çirkab sularının axıdıldığı Bülbülə gölü tezliklə təmiz, abad, göz oxşayan istirahət məkanına çevriləcək.
Belə ki, ümumi sahəsi 99 hektar olan Bülbülə gölündə suyun real dərinliyi 2.50-2.80 metrdir. Gölün ətrafında yaşayış evləri var. Hazırda isə Bülbülə gölündə layihələndirmə işləri başa çatdırılıb. Gölün ətrafındakı qamışlıq tamamilə qurudulub, tullantılar təmizlənib, asfalt üçün alt qat hazırlanıb. Yaxın zamanda iş gücləndirilmiş rejimə keçəcək. Növbəti mərhələdə sahil boyunca asfalt salınacaq.
Ərazidəki yeni bulvarda restoranlar, kafelər, dairəvi velosiped yolunun çəkilməsi də nəzərdə tutulub.
Bulvarda uşaqlar üçün meydança, yaşıllıqlar, katamaran və istirahət yerləri salınacaq.
Həmçinin Bülbülə gölünün üzərindən körpünün salınması da nəzərdə tutulub.Qeyd edək ki, Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxur qəsəbələrindən gündəlik 25 min kubmetr çirkab sularının axıdılması nəticəsində göldə və gölətrafı ərazidə xoşagəlməz vəziyyət yaranmışdı.

Manevr.az



 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar