Xəbər lenti
"TikTok"da qadınları təhqir edən şəxs həbs edildi

Manevr.az xəbər verir ki, Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Hafiz Paşayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
Hafiz Paşayevin barəsində fevralın 16-da Masallı rayon polis şöbəsinə müraciət olunub.
Müəyyən edilib ki, o, Tik-tok” sosial şəbəkəsində istifadəçilərin foto və şəkillərin fonunda nalayiq səslər paylaşıb. Onun barəsində araşdırma başlanıb.
Hafiz Paşayev həmin gün saat 15 radələrində polis şöbəsinin təhqiqat bölməsinin xidməti otağında olduğu vaxt təhqiqatçının suallarına cavabda "yaxşı elədiyini" bildirib, əsəbləşərək otaqda səs-küy yaradıb. O, otaqda olan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb.
İş üzrə izahat verən Hafiz Paşayev özünü təqsirli bilib. Bildirib ki, söyüşlə bağlı olmayan paylaşımlar edib, xanımların foto-şəkillərin yayıb:
"Özümə məxsus 5 saxta sosial şəbəkə profillərindən, tanımadığım təxmini 100 xanımın şəkillərini paylaşmışam. Xanımlar mənə qarşı sosial şəbəkədə söyüşlər ünvanlayıblar. Sosial şəbəkədə tanış olmaq üçün onlara yazmışam, pis niyyətim olmayıb. Masallı rayon polis şöbəsinə dəvət olunduğum üçün əsəbi olmuşam. Özümdən asılı olmayaraq söyüş söyməyə başlamışam”.
Hafiz Paşayev barəsində tərtib edilmiş protokol baxılması üçün Masallı Rayon Məhkəməsinə təqdim olunub. Fevralın 17-də keçirilən prosesdə qərar verilib. Hafiz Paşayev 20 gün müddətinə həbs edilib. Onun cəzasının əvvəli saxlanıldığı vaxtdan, 16 fevral saat 16.30-dan hesablanması barədə qərar qəbul edilib.teleqraf
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar