Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyada ən baha və ən ucuz benzin satılan ölkələr

Tarix: 18-02-2025 09:23     Baxış: 4129 A- / A+

Dünyada benzinin ən baha və ən ucuz satıldığı ölkələrə dair statistika dərc edilib.
Manevr.az xəbər verir ki, "Global Petrol Prices" analitik mərkəzinin dərc etdiyi statistikaya görə, dünyada ən ucuz benzin İranda satılır. Qonşu ölkədə benzinin bir litri 0,03 dollardır. İslam Respublikasında benzinin aşağı qiyməti inkişaf etmiş neft və neft emalı sənayesi ilə izah olunur. Həmçinin, benzinin ən ucuz satıldığı ölkələr arasında Venesuela, Misir, Anqola və Liviya da var.
Ən bahalı benzin isə Honq-Konqdadır. Bu xüsusi inzibati bölgənin sakinləri yanacağı litri 3,41 dollara alırlar. Fakt budur ki, Honq-Konqun özünün yanacaq istehsalı yoxdur. Bundan əlavə, Honq-Konq ənənəvi olaraq dünyanın ən bahalı şəhərləri siyahısına daxil edilir. Norveçdə də benzin bahadır. Bu da yüksək vergilərlə bağlıdır.
Rusiya benzinin ən ucuz olduğu ölkələr arasında 11-ci yerdə qərarlaşıb. Ruslar bir litr üçün 0,6 dollar ödəyirlər. Çində isə qiymət Rusiyadan iki dəfə bahadır.
Benzinin Azərbaycandan daha ucuz satıldığı ölkələr sırasında Rusiya ilə yanaşı, Qazaxıstan, Türkmənistan, Əlcəzair, Bəhreyn, Boliviya, Küveyt, Malaziya, Oman, Qatar, Səudiyyə Ərəbistanı kimi ölkələr var."azpolitika"

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar