Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

Makron rəssamı məhkəməyə verdi

Tarix: 16-02-2025 12:12     Baxış: 3152 A- / A+



Fransa Prezidenti Emmanuel Makron onu başı kəsilmiş şəkildə təsvir edilən bir rəsm əsərinin müəllifini məhkəməyə verib.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə fransız qəzeti "Le Monde" məlumat yayıb.
Qəzet qeyd edir ki, şikayət "hər hansı bir nəticə olmadan insan həyatına və ya fiziki toxunulmazlığına qəsdən zərər vurmaq" ittihamı ilə qaldırılıb.
Qvadelupa şəhərində keçirilən "Xlordekona Məruz Qalanlar" sərgisində nümayiş etdirilən rəsmdə Makrona bənzəyən bir insanın kəsilmiş başını əlində tutan qaradərili bir kişi təsvir edilib. Əsər xlordekonla bağlı cinayət işinə həsr olunub. Bu pestisid illər boyu banan biti ilə mübarizə üçün istifadə edilib. Nəticədə, Qvadelupa və Martinikada əhalinin xəstəliklərinə səbəb olub. 2023-cü ildə məhkəmə 16 illik mübahisələrdən sonra iddianı rədd edib.
Rəsm əsərinin müəllifi Fransua Mulen bildirib ki, bu əsərin yaradıcısı olmaq onun üçün böyük şərəfdir. Rəssam əlavə edib ki, Makron xlordekonla bağlı qalmaqalı tam olaraq tanımaqdan imtina edən hakimiyyətin nümayəndəsidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar