Sizin Reklam Burada
Xəbər lenti
20-10-2025
19-10-2025
BÜTÜN XƏBƏRLƏR

Təyyarə qəzası: Moskva Bəyannaməsi ləğv edilə bilərmi?

Tarix: 14-02-2025 19:42     Baxış: 4148 A- / A+
Təyyarə qəzası: Rusiya Azərbaycanla bağlı 4 maddəni silir?
Azərbaycanla Rusiya arasında davam edən gərginliyin 2022-ci ildə imzalanmış Moskva Bəyannaməsinə də təsir edəcəyi iddia olunur. Bildirilir ki, Rusiya AZAL-a məxsus təyyarənin vurulmasından sonra sərgilədiyi davranışla Bəyannaməni kobud şəkildə pozur.
Moskva Bəyannaməsi ləğv edilə bilərmi? Məsələ beynəlxalq hüquqla necə tənzimlənir?

Manevr.az xəbər verir ki, Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov Globalinfo.az-açıqlamasında rəsmi Bakının Çikaqo konvensiyasının tələblərinə uyğun olaraq Moskvadan cavab gözlədiyini bildirib:
“Tələblərin yerinə yetirilməməsi bir yana, rus mətbuatında bəzi şəxslərin anti-Azərbaycan mövqeyi, yalan məlumatların tirajlanması müşahidə edilir. Gərginliyin səngiyəcəyi və ya artacağı bilinmir. O ki qaldı Moskva Bəyannaməsinə, hazırkı davranışlar sazişə ziddir. Həmin bəyannamənin 7, 11, 17, 21-ci maddələri də bunu istisna edir. Sənəddə qeyd edilir ki, tərəflər öz fəaliyyətləri zamanı strateji tərəfdaşlığa və müttəfiqliyə zidd fəaliyyətdən çəkinməlidir”.
Ekspert bildirib ki, tərəflər beynəlxalq öhdəliklərə hörmət etməlidir:
“Fikrimcə, bəyannamənin pozulmaması üçün rəsmi Moskva öhdəliklərə əməl etməlidir. Əks təqdirdə, saziş kağız üzərində qalacaq”.
Qeyd edək ki, 2022-cil fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar