Sizin Reklam Burada
Xəbər lenti
12-02-2025
11-02-2025
BÜTÜN XƏBƏRLƏR

Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim olundu

Tarix: 12-02-2025 12:39     Baxış: 427 A- / A+
Azərbaycanda məhkumlar məzuniyyətə BURAXILDI
Prezident yanında Əfv Məsələləri Komissiyası bu gün yeniləşmiş tərkibdə ilk iclasa toplaşacaq. İclasda Komissiyaya daxil olan müraciətlərə baxılması planlaşdırılır.
Hüquq müdafiəçiləri bəzi tanınmış məhkumların adlarının Əfv Komissyasının siyahısına salınmasını istəyirlər. 

Manevr.az
-ın məlumatına görə, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Modern.az-a bildirib ki, onlar da Əfv Komissyasına siyahı təqdim ediblər.
Onun sözlərinə görə, siyahıya tanınmış jurnalistlər Əvəz Zeynallı və Əziz Orucovun da adını daxil ediblər:
"Bizim özümüzün kriteriyalarımız var. Siyasətçilərin, jurnalistlərin, ictimai fəalların, partiya nümayəndlərinin hamısının adı bizdə var. Ömürlük məhkum edilən "OMON"çuların, "Nardaran hadisəsi" ilə bağlı olanların hamısının adlarını siyahımıza salmışıq. Biz istərdik ki, bu il əfv sərəncamı ilə yanaşı, aministiya aktı da qəbul edilsin ki, daha çox insan azadlığa çıxsın. Elə məhkumlar var ki, 10 illik cəzasının 8 ilini başa vurublar. İstərdik ki, cəza müddətinin bitməyinə az qalanları ailələrinə qovuşdursunlar. İstərdik ki, Əfv Komissiyası öz işini ləyaqətlə həyata keçirsin, həm də aministiya olsun. Aministiyaya o maddələr düşsün ki, cəzanın yarısını, üçdə ikisini çəkənlər evlərinə buraxılsın. Jurnalistlər var ki, neçə ildir içəridə oturublar. Məsələn, bizim siyahımızada tanınmış jurnalistlərdən Əvəz Zeynallı və Əziz Orucovun adları var".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar