Sizin Reklam Burada
Xəbər lenti
12-02-2025
11-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Bələdiyyə sədri kənd sakinlərinin haqlı tələbini yox, iş adamı qanunazidd mövqeyini müadiə edir" -VİDEO

Tarix: 12-02-2025 12:12     Baxış: 333 A- / A+

Manevr.az bir qrup Göyçay rayon Çaxırlı kənd sakinləri tərəfindən redaksiyanın elektron poçtuna göndərdiyi müraciəti təqdim edir.

Müraciətdə deyilir:
 
"Göyçay rayonu Çaxırlı Bələdiyyəsinin sədri Fərhad Mehdiyevin qanunsuz əməlləri üzə çıxdı. Belə ki, biz Göyçay rayon Çaxırlı kənd sakinləri Əsgərova Ruhiyyə Valeh qızına verilmiş 15 hektar örüş sahəsinin icarə müqaviləsinin ləğv edilərək torpğın əvvəlki vəziyyətə qaytarılması üçün mərkəzi orqanlara çoxlusayda şikayətlər göndərmişik. Çaxırlı kənd sakini iş adamı Vidadi Əsgərov 15 hektar örüş sahəsini 27.12.2006-cı il tarixdə həyat yoldaşı Ruhiyyənin adına icarəyə götürüb orada qanunsuz qazıntı işləri apararaq balıq yetişdirmək üçün süni göl yaratmışdır. Bundan sonra süni gölün qurunt suları bütün kənd torpaqlarının şoranlaşmasına səbəb olduğu üçün kənd sakinləri əsaslı olaraq şikayətlər etdilər. 
Çaxırlı bələdiyyəsinin sədri Fərhad Mehdiyev buna görə iddia ərizəsi yazaraq 20.12.2006-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə və bələdiyyə mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şəki Kommersiya Məhkəməsində iddia ərizəsi üzrə 11 fevral 2025-ci il tarixdə keçirilən iclasa bələdiyyə sədri Fərhad Mehdiyev cavabdehin həyat yoldaşı Vidadi Əsgərovun avtomobili ilə bir yerddə gedərək öz iddiasını müdafiə etməyərək cavabdehin qanunsuz hərəkətlərinə haqq qazandımağa çalışmışdır. Həttda məhkəmə iclasında hakim “kənd sakinləri bura şikayət göndəriblər gölün kəndə ziyanlar vurmasını müqavilənin ləğv edilməsini xahiş edirlər” sualına bələdiyyə sədri cavab olaraq bildirib ki, "yox, artıq kənd sakinləri razılığa gəliblər, şikayətçi deyillər".
Bununlada subut olundu ki, bələdiyyə sədri kənd sakinlərinin haqlı şikayətlərini yox, iş adamı Vidadi Əsgərovun qanunazidd mövqeyini müadiə edirmiş.
Çaxırlı bələdiyyəsinin sədri Fərhad Mehdiyev bu əməlləri ilə biz sakinlərə ziyanların vurulmasının davam etdirilməsinə rəvac vermiş oldu.
Onuda qeyd edək ki, həmin torpaq sahəsində gölün qanunsuz qazılmasına görə dövlət qurumları tərəfindən aktlar tərtib edilib və sənədlər təqdim olunub.
Çaxırlı kənd sakinləri bələdiyyə sədri Fərhad Mehdiyevin belə qanunazidd hərəkətlərindən çox narahat olub mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Prezidentin köməkçisi cənab Zeynal Nağdəliyevə, Ədliyyə Naziri cənab Fərid Əhmədova müraciət edərək  bələdiyyə sədri Fərhad Mehdiyevin barəsində qanunu və ciddi tədbirlər görülməsini xahiş edirik", müraciətdə qeyd edilir. 
 
 "Hörmətlə;
Məmmədov Tərxan Qüdrəddin oğlu şəhid atası
Əsgərov Ramin Zahid oğlu Əlaqə telefonu; 050 829 -86- 93                                                                                              Mürsəlov Mehman Sadıq oğlu
Mürsəlov Lətif Mehman oğlu
 Mürsəlov Vüsal Mehman oğlu 
 Şərifov Rəşad Famil oğlu
 Rəsulov  Ceyhun Vəliyəddin oğlu
 Sadiqov Elvin Mahir oğlu
 Əsgərov Xətai Zahid oğlu 
 Əsgərov Samir Zahid oğlu
 Məmmədov Rahil Surəddin oğlu 
 Sadıqov Dəyanət Mahir oğlu"



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar