Xəbər lenti
Rusiyadakı azərbaycanlı miqrantları zorla müharibəyə aparacaqlar – ŞOK PLAN ortaya çıxdı
![](https://cdn.musavat.com/news/thumbnails/c94149e807498ab075708b68230420bc.jpeg)
Rusiya hökuməti ilin əvvəlindən ölkədə miqrantlara qarşı qanunları sərtləşdirib. Artıq icrasına başlanılan yeni qanunlar çərçivəsində əmək müqavilələri ləğv olunur, miqrantlar saxlanılır, ölkədən deportasiya edilirlər.
Moskvanın hədəfində olan əsas xarici ölkə vətəndaşları isə yenə də azərbaycanlılardır. Artıq mətbuat tez-tez Rusiya Federal Təhlükəsizlik Xidməti, polis və digər güc strukturlarının Moskva, Sankt-Peteburq və digər iri şəhərlərdə azərbaycalıların obyektlərinə baş verən basqınlardan yazır. Rusiya Dövlət Dumasının Nikolay Valuyev kimi deputatları Rusiyada yaşayan azərbaycanlı iş adamlarını hədəfə almağa, obyektlərini müsadirə etməyi təklif edib. Xüsusən, Rusiya ərazisində Azərbaycanın sərnişin təyyarəsinin vurulması ilə bağlı qalmaqal məsuliyyətdən yayınan Moskvaya sərt miqrasiya qanunlarına azərbaycanlıların hədəf seçilməsindən ötrü göydəndüşmə bəhanə verdi.
Deportasiya rejiminə tabe olan bütün qeyri-qanuni miqrantlar əcnəbilərə bir sıra məhdudiyyətlər tətbiq edən xüsusi reyestrə daxil ediləcək. Onlar bank hesabları aça, onlarda olan vəsaitləri, o cümlədən pul köçürmələrini idarə edə bilməyəcəklər. Bu şəxslərin eyni zamanda ölkəmizdə əmlak almaq və ya satmaq, nəqliyyat vasitələri sürmək və sürücülük vəsiqəsi almaq, evlənmək, yaşayış yerini dəyişdirmək və ya qalmaq hüququ olmayacaq.
Hazırda Rusiyada 670 min qanunsuz miqrant var. Onların hamısı adı yeni reyestrdə yer alacaq. Yeni qaydaların bəndlərindən biri pozulduğu halda, əcnəbi dərhal Rusiyadan deportasiya ediləcək. Reyestr özü Daxili İşlər Nazirliyinin internet saytında ictimaiyyətə açıqlanacaq.
Volodin həmçinin Dövlət Dumasının aşağı palatası hökumətdən miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi üçün yeni təşəbbüslər gözlədiyini bildirib.musavat.com

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
![](/uploads/posts/2017-12/1513590098_zehra-2.jpg)
![](/uploads/posts/2018-02/1519153962_15176299281096731184_1000x669.jpg)
![](/uploads/posts/2018-03/1520592290_631853_61520588488.jpg)
Son yüklənənlər
![](https://lent.az/storage/news/2025/february/11/big/67ab7fe7cefed67ab7fe7cefee173929264767ab7fe7cefeb67ab7fe7cefec.jpg)
![](https://cdn.axar.az/2022/07/18/mamicanyan1.jpg)
![](https://news.milli.az/media/2022/03/08/sanksiya_28486.jpg)
Axtarış
Reklam
![](/templates/yenimanev2/images/rek22.gif)
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar