Sizin Reklam Burada
Xəbər lenti
08-02-2025
07-02-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağda yeni milli park yaradılır

Tarix: 08-02-2025 18:31     Baxış: 335 A- / A+


İşğaldan azad edilmiş ərazilərdə yeni milli parkın yaradılması istiqamətində işlərə başlanılıb. Həmin milli park Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edəcək.
Manevr.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva jurnalistlərə müsahibəsində deyib.
“Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və onun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. On milli parkla kifayətlənmirik. Ölkə ərazisində yeni milli parkların yaradılması ilə bağlı tədqiqatlar aparılır. Bunun nəticəsidir ki, iki yeni milli parkın yaradılması istiqamətində artıq bir çox işlər həyata keçirilib. Bunlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında İlisu Milli Parkının yaradılması, digər layihə isə Axar-Baxar dağ silsiləsi, Alazan çayı vadisində Axar-Baxar Milli Parkının yaradılmasıdır. Həmçinin işğaldan azad olunmuş ərazilərdə tədqiqatlar aparılır və orada da milli parkın yaradılması istiqamətində işlərə başlanılıb. Nəinki milli parklar, həmçinin digər kateqoriyalı təbiət ərazilərinin yaradılması ilə bağlı işlərimiz var. Zaqatala qoruğunun nəzdində Zaqatala Biosfer Rezervatının yaradılması, həmçinin palçıq vulkanları kimi unikal təbiət komplekslərinin mühafizəsi məqsədilə məhz Bakı və Abşeron yarımadasında Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun bazasında geoparkın yaradılması yaxın gələcəkdə həyata keçirəcəyimiz layihələrdən biridir.
Eyni zamanda, mühafizə olunan ərazilərdən kənar ərazilərdə nadir və nəsli kəsilməkdə olan flora növlərinin mühafizəsi məqsədilə ötən ildən etibarən Bakı və Bakıətrafı ərazilərdə 10 mikrorezervat yaradılıb. Burada məhz “Qırmızı kitab”a düşmüş və sayı kritik həddə azalmaqda olan bitki növləri qorunur”, - A.Babayeva qeyd edib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar