Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yevlaxın icra başçısından nümunəvi addım - Şəhidlik zirvəsinə ehtiramın yüksək göstəricisi!

Tarix: 08-02-2025 17:46     Baxış: 3360 A- / A+
 Yevlaxda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və bu günlərdə şəxsiyyəti müəyyən edilmiş şəhid  Tərlan Fikrət oğlu Məmmədovun dəfn mərasimi keçirilmişdir. Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun deputatları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər ictimaiyyəti, şəhid ailələri və qazilər iştirak edirdilər.
Qeyd edim ki, Şəhid Tərlan Məmmədov 1975-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olmuş, Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək, 1994-cü il yanvar ayının 10-da itkin düşmüşdür. Şəhidimizin dəfn mərasimi böyük izdihamla həyata keçirildi. Əslində dəfndə diqqətimi çəkən əsas məqam Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin şəhid anasına qarşı göstərdiyi səmimi və qəlbdən gələn münasibəti idi. Öz fəaliyyətində cənab prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutan Anar Tağıyev ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının Yevlaxda əsaslı şəkildə hiss olunmasını təmin edən əsas şəxsdir.  Şəhər rəhbəri dəfn mərasimində şəhid anasının əllərindən öpərək şəhidlik zirvəsinə öz hörmət və ehtiramını çatdırdı və ona təsəlli verməyə çalışdı. Gördüklərim məni həm kövrəltdi, həm də qürurlandırdı. Ona görə kövrəldim ki, illərdir öz itkin, şəhid övladının yolunu gözləyən ananın gözlərindəki həsrəti, qəm və qüssəni gördüm, hiss etdim. Ona görə qürurlandım ki, cənab prezidentin doğma Yevlaxımızdakı nümayəndəsinin, sözcüsünün - Anar Tağıyevin şəhid anasına qarşı bir övlad kimi davrandığının, onu sevib əzizləməsinin şahidi oldum. Bu mənzərə hər bir məmur üçün nümunədir. Onlar da öz fəaliyyətlərində Yevlaxın icra başçısı Anar Tağıyev kimi nümunəvi addımları ilə rəhbərlik etdikləri rayonlarda, idarə, təşkilat və müəssisələrdə məmur-vətəndaş münasibətlərinin inkişafına töhfə verməyə çalışmalıdırlar.  

Anar Salehoğlu,
İctimai-siyasi fəal






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar