Sizin Reklam Burada
Xəbər lenti
07-02-2025
06-02-2025
BÜTÜN XƏBƏRLƏR

Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu

Tarix: 08-02-2025 09:42     Baxış: 424 A- / A+
Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Manevr.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi hissələrin ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə əlverişli imkan yaradır.
Şəxsi heyətin sağlam və yüksək kalorili qidalarla təmin olunması, onlara fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması, eləcə də maarifləndirici söhbətlərin aparılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.
İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar