Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Təcili yardımın sürücüsü "TikTok"da insanları təhqir etdi, cəzalandırıldı

Tarix: 07-02-2025 21:21     Baxış: 3236 A- / A+
Təcili yardımın sürücüsü "TikTok"da insanları təhqir etdi, cəzalandırıldı
Təcili yardım avtomobilinin sürücülərindən biri cəzalandırılıb.
Manevr.az "Unikal"a istinadən xəbər verir ki, sürücü Rəşidzadə Kərim Arif oğlu çağırış zamanı "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq orada qeyri-etik ifadələr səsləndirib. Bəzi insanları təhqir etdiyi videoları səhifəsində paylaşan K.Rəşidzadə sonradan onları silib.
 
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, təcili tibbi yardım sürücüsünün müxtəlif vaxtlarda yaydığı videogörüntülər haqqında araşdırma aparılıb:
 
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili yardım avtomaşının sürücüsü Kərim Rəşidzadə 16.11.2024-cü il tarixində növbədə olarkən xidməti geyimdə cavabdeh olduğu təcili yardım avtomaşınında qeyri-etik ifadələr işlətdiyindən, müəsissənin nüfuzuna xələl gətirdiyinə və əmək intizamı qaydalarını kobud şəkildə pozduğuna görə 02.12.2024-cü il tarixində töhmət verilib".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar