Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəblilərə verilən vərəqələrlə bağlı polisdən açıqlama

Tarix: 07-02-2025 12:21     Baxış: 3122 A- / A+


Polisdən yayılan vərəqələrlə bağlı AÇIQLAMA:  25 məktəbliyə verilib - YENİLƏNİB
Məktəblilərə paylanan qrafalı vərəqə internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub. 
Manevr.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib. Polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur. 
E.Hacıyev vuğulayıb ki, valideynlərə tövsiyə edirik, övladlarının internetdə maraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar, onların hansısa ictimai təhlükəli əməllərə sövq edilmə riski var: “Valideynlər bilməlidir ki, internet təkcə faydalı informasiya aləti deyil, həm də kiber təhlükə, risk və təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternet resurslarında istənilən yalanın həqiqət formasında təbliğatı azyaşlıları naməlum şifrəli, təhlükəli “əmr”lərin icraçısına çevirməsi ehtimalı var. Heç bir valideyn düşünməsin ki, “mənim övladım bunu etməz”. Uşaqlara nəzarət dövrün əsas qaydası yox, tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hər bir üzvünün qayğısı və məsuliyyəti olmalıdır”.

E.Hacıyev əlavə edib ki, DİN tərəfindən respublikanın ali və orta təhsil məktəblərində tələbələrin, şagirdlərin zərərli vərdişlərdən çəkindirilməsi, təhsilə təşviq edilməsi istiqamətində kompleks iş aparılır. Heç bir çağırışa polis tərəfindən etinasız yanaşılmır.
Qeyd edək ki, bu oyun dünyaca məşhur "Squit Game" serialından götürülüb. Belə ki, məktəblilərə paylanan vərəqələrdəki işarələr həmin filmin loqosu ilə eynidir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar