Xəbər lenti
“Razi kimdir, mənim haqqımda danışsın?!”
“Razi kimdir, mənim haqqımda nəsə desin, yazsın. Heç oxumamışam. Əşi nə danışır, danışsın da. Mənə qlobal məsələlər haqqında sual verin. Razinin nə dediyi, nə yazdığı mənə maraqlı deyil. Onun haqqımda nəsə yazdığını eşitmişəm, oxumamışam, vecimə də deyil. Elə belə də yazın. Mənə qlobal, vacib məsələlər haqqında soruşun, Razi haqqında yox!”
Ölkə.Az xatırladır ki, deputat Siyavuş Novruzovun İmişli hadisələri ilə bağlı Milli Məclisdə etdiyi çıxışdan sonra həmkarı Razi Nurullayev sosial şəbəkə hesabında bunları yazıb: "Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik.
Amma Siyavuş Novruzovun bugünkü çıxışında "İmişli deputatatları ilə söhbət etmişəm, onları mənə deyib" fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsiniz, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın.
Siyavuş müəllim, bu cür yanlışlıq etməklə özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm. Zəng etdim götürmədiniz, məcbur olaraq burada yazmalı oldum".
Deputat Siyavuş Novruzov parlamentdə deyib ki, məsələni rayonun hər iki deputatı ilə müzakirə edib. O daha sonra rayon rahəbərliyini kəskin tənqid edib: "Hadisə İmişli rayon mərkəzindən 3 km məsafədə baş verib. Lakin prokurordan başqa Rayon İcra Hakimiyyəti başçısı, nə polis rəisi hadisə yerinə gəlib xalqın qarşısına çıxır. Camaatın qarşısına çıxıb onları başa salmaq əvəzinə, xalqın qarşına polis düzüb insanları qıcıqlandırıblar. Axı rayon rəhbərliyi niyə sinəsini kənara çəkib camaatdan qaçır? Camaatın qarşısına çıxmağa üzün yoxdursa, ərizəni yaz, get evinə".
O həmçinin həbs olunan şəxslərin bağışlanması üçün təklifdə bulunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar