Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda “Rus Evi”nə əməliyyat nəzarəti həyata keçirilir

Tarix: 03-02-2025 22:40     Baxış: 3138 A- / A+
Bakıda “Rus Evi”nə əməliyyat nəzarəti başladı
Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları “Rossotrudniçestvo”nun Bakıdakı “Rus Evi”nin binasını nəzarətə götürüblər və bununla bağlı müşahidə kameraları quraşdırılıb. Binaya əməliyyat nəzarəti həyata keçirilir.
Manevr.az xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb.
Bildirilir ki, “Rus Evi”nin Azərbaycanda hələ də lazımi qeydiyyatı yoxdur. Ötən gün “Rus Evi” fevral ayı üçün tədbirlər planını dərc edib və bu planda, ehtimal ki, Xocalı soyqırımının ildönümü qeyd olunmayıb.
Halbuki Azərbaycanda rəsmi qeydiyyatı olmayan təşkilat ölkə ərazisində qanuni fəaliyyət göstərə bilməz. Diplomatların ekstraterritoriallıqla bağlı sevimli arqumentinin bununla heç bir əlaqəsi yoxdur - “Rus evi” Rusiya diplomatik missiyasının ərazisində yerləşmir. Təkcə bu fakt onu bağlamaq üçün ciddi səbəbdir.
Rəsmi olaraq “humanitar layihələr” və “yumşaq güc”lə məşğul olsa da, əslində “Rus Evi”nin fəaliyyəti ilə bağlı da ciddi suallar yaranır.
“Rossotrudniçestvo”ya 1990-cı il yanvarın 20-də Bakıda cəza əməliyyatının və dinc əhalinin kütləvi qırğınının təşkilatçılarından biri olmuş Yevgeni Primakovun nəvəsi kiçik Yevgeni Primakov rəhbərlik edir. Hazırda “Rossotrudniçestvo” çətiri altında hansı anti-Azərbaycan təxribatlarının həyata keçirildiyi barədə dəfələrlə məlumat verilib. Odur ki USAİD-lə olduğu kimi, “Rus Evi”nin və “Rossotrudniçestvo”nun Azərbaycandakı fəaliyyəti də dayandırılmalıdır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar