Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Ukraynadan Bakıya çağırış: Vardanyanı cəzalandırın!

Tarix: 01-02-2025 18:22     Baxış: 3290 A- / A+


Ruben Vardanyan təkcə Qarabağdakı əməllərinə görə deyil, həm də Ukraynadakı hərəkətlərinə, Rusiyaya qarşı təcavüzü maliyyələşdirdiyinə görə cəzasını almalıdır.
Manevr.az xəbər verir ki, bu sözləri Ukraynanın xalq deputatı, Ali Radanın Müvəqqəti İstintaq Komitəsinin sədri Anna Skoroxod bəyan edib.
O, ötən il Ukrayna, Latviya, Litva və Rumıniyadan olan 120-dən çox deputatın Vardanyanın namizədlər siyahısından çıxarılması tələbi ilə Nobel Komitəsinə kollektiv məktub imzaladığını xatırladıb:
“Vardanyan Putinin pul kisəsidir, Ukraynaya qarşı təcavüzün sponsorudur, Qarabağda qanunsuz separatçı təşkilatın keçmiş rəhbəridir. Ümid edirəm, rəsmi Bakı xatırlayacaq ki, bu adam təkcə Qarabağa qarşı təcavüzdə iştirak etdiyinə görə deyil, həm də Ukraynaya görə, 21-ci əsrin baş diktatorunu maliyyələşdirdiyinə görə cəzaya layiqdir.
Əgər ABŞ, AB və Ukrayna Vardanyana qarşı sanksiyalar təklif edibsə və ya tətbiq edibsə, o zaman Azərbaycan Vardanyana real cəza tətbiq etməlidir. O, buna layiq olduğunu dəfələrlə və müxtəlif ölkələrdə sübut edib”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar