Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ - Fevralın 5-dən...

Tarix: 01-02-2025 13:49     Baxış: 425 A- / A+

Fevralın 5-dən Rusiya Federasiyasında miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər qüvvəyə minəcək.
Manevr.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Telegram” kanalında bildirib.
"Qanunsuz miqrantların ölkədən çıxarılması rejimini nəzərdə tutan qanun qüvvəyə minəcək. Rusiya Federasiyasının qanunvericiliyinə əməl etməyən və ya burada qanuni yaşamaq hüququnu itirənlər ölkəmizdə olmamalıdır. Bu tədbir təhlükəsizliyin artırılmasına yönəlib”, - deyə sədr yazıb.
Volodin həmçinin qeyd edib ki, fevralın 5-dən etibarən Rusiya Federasiyasına daxil olmaq və ya onun hüdudlarından kənara çıxmaq üçün müəyyən edilmiş qaydaların pozulmasına, habelə Reyestrə daxil edilmiş miqrantlara qadağan olunan xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət tətbiq olunacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin qanunsuz miqrantlara aprelin 30-dək Rusiyanı tərk etməyi əmr etmişdi.
Qeyd edəki, Rusiyada xeyli azərbaycanlı yaşayır və onların bir çoxunun qanuni yaşayış icazəsi yoxdur.








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar