Xəbər lenti
Bağırsaq yumaq nədir? Proses necə həyata keçirilir?
Xəbər verdiyimiz kimi, yanvarın 21-i 37 yaşlı Ceyhun Süleymanov adlı şəxs müayinə olunmaq üçün özəl klinikalardan birinə bağırsaqlarını yudurmaq üçün gedib, bir müddət sonra o dünyasını dəyişib.
Manevr.az xəbər verir ki, mərhumun anası Afayət Süleymanovanın iddiasına görə, oğlu həkim səhlənkarlığının qurbanı olub:
Daha sonra anası oğlu ilə telefonda danışıb. Həmin gün Ceyhun Süleymanov deyib ki, 4 dəfə bağırsağı yuyulub və özünü yaxşı hiss edir:
"Ondan sonra qaynımgilə xəbər gəlib, klinikaya gediblər. Xəstəxanada görüblər ki, oğlum otaqda uzanır, yanında heç kim yoxdur. Onunla gedən oğlan görüb ki, həkimlər qaçırlar. Nə olduğunu soruşanda deyiblər ki, ayılda bilmirik. Övladımın ciddi problemi yox idi, ancaq müayinəyə getmişdi".
Bağırsaq yumaq nədir?
Bağırsaq yumaq (bağırsaq lavajı və ya hidroterapiyası) yoğun bağırsağın su və ya xüsusi məhlullarla yuyulması prosesidir. Bu prosedur bağırsaqların toksinlərdən, yığıntılardan və qalıq maddələrdən təmizlənməsinə kömək edir.
Bağırsaq yumaq adətən tibb müəssisələrində və ya təcrübəli mütəxəssislərin nəzarəti altında həyata keçirilir. Pasiyent xüsusi bir masada uzanır və rektumdan (anusdan) bağırsağa xüsusi bir boru vasitəsilə ilıq su və ya xüsusi təmizləyici məhlul yeridilir. Su bağırsaqları yumşaq şəkildə doldurur və qalıq maddələri yumşaldaraq bədəndən çıxmasına kömək edir. Bu proses bir neçə dəfə təkrarlanır və ümumilikdə 30-45 dəqiqə çəkə bilər.
Bağırsaq yumaq bəzi sağlamlıq problemlərinə, məsələn, qəbizlik, bağırsaq florasının pozulması və həzmlə bağlı çətinliklərə müsbət təsir göstərə bilər. Lakin prosedurun düzgün aparılmaması elektrolit balansının pozulmasına, bağırsaq mikroflorasının zədələnməsinə və bəzi hallarda iltihabi proseslərə səbəb ola bilər. Buna görə də, yalnız mütəxəssisin tövsiyəsi ilə və tibbi göstərişlər əsasında həyata keçirilməsi məsləhət görülür.milli.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar