Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərə birdəfəlik ödəniş ediləcək - Nazirlikdən AÇIQLAMA

Tarix: 28-01-2025 12:58     Baxış: 4198 A- / A+


Son dövrlərdə hərbçilərin maaş artımı ilə bağlı müsbət qərarlar qəbul edilib. Prezident İlham Əliyevin imzaladığı son fərmanlarla hərbçilərin əməkhaqları artırılıb.
Bununla yanaşı, hərbçilərə 13-14-cü maaşların ödənişi mövzusu da gündəmdədir. Bu təşəbbüs, həm dövlətin hərbçilərə göstərdiyi xüsusi diqqəti, həm də onların sosial rifahının daha da yaxşılaşdırılmasını hədəfləyir. 
Maraqlıdır, 13-14-cü maaşların ödənişi nə vaxt həyata keçiriləcək?
Manevr.az-ın məlumatına görə, məsələ ilə bağlı Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev Ajans.az-a bildirib ki, hərbçilərə verilən 13-14 maaşla bağlı maliyyələşmə həyata keçirilir:
"Bəli, hərbi qurumların 2025-ci il üçün saxlanılması xərclərində bu məqsədlə müvafiq məbləğdə vəsaitlər nəzərdə tutulub. Belə ki, 2024-cü ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin yerinə yetirilməsinə və nöqsansız  intizama görə hərbi qulluqçulara vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafat verilir". 
Artıq, hərbi qurumlar tərəfindən təqdim edilmiş müvafiq sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi vasitəsilə sözügedən vəsaitin maliyyələşdirilməsi həyata keçirilir",- deyə Mayis Piriyev qeyd etdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar