Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Coca-Cola"da zərərli məhlul tapıldı

Tarix: 28-01-2025 10:07     Baxış: 351 A- / A+
"The Coca-Cola Company" qida nəhənginin törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium" xloratların yüksək tərkibinə görə məhsullarını Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından kütləvi şəkildə geri çağırdığını elan edib.
Manevr.az xəbər verir ki, bu barədə "Agence France-Presse"ə şirkətdən bildirilib.
"Dəqiq rəqəmlər yoxdur, lakin söhbətin əhəmiyyətli miqdarda məhsuldan getdiyi aydındır", - "Coca-Cola Europacific Partners Belgium" nümayəndələri qeyd ediblər.
Onların məlumatına görə, tədbirlər 2024-cü ilin noyabr ayının sonundan dövriyyədə olan "Coca-Cola", "Sprite", "Fanta", "Fuze Tea", "Minute Maid", "Nalu", "Royal Bliss" və "Tropico" markalarının qutularda və şüşələrdə olan məhsullarına aiddir. Şirkət bildirib ki, problem Gentdə istehsal tələblərinə uyğunluq üzrə içkilərin keyfiyyətinin yoxlanılması zamanı aşkar edilib.
Agentlik qeyd edir ki, standartlara uyğun olmayan məhsulların böyük hissəsi artıq dövriyyədən çıxarılıb və ya bazarlara buraxılmayıb, qalan partiyanın geri çağırılması üzərində şirkət göstərilən ölkələrin hakimiyyət orqanları ilə işləyir.
Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) dietoloqu Karon Qrazett BBC-yə bildirib: "Biz düşünməliyik ki, atəşfəşanlıq və dezinfeksiyaedici vasitələrin istehsalında istifadə olunan kimyəvi maddələri alkoqolsuz içkilərdə qəbul etmək istəyirik ya yox, miqdarı nə qədər az olsa belə".
Ekspert son araşdırmalara istinad edərək bildirib ki, xlorat tərkibli qidaların qəbulu ürəkbulanma, qusma, diareya və qanın oksigeni mənimsəmə qabiliyyətinin məhdudlaşmasına səbəb ola bilər.report



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar