Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu ərazilərdə ev tikən şəxslərə torpaq sahələri verilə bilər

Tarix: 27-01-2025 15:19     Baxış: 4170 A- / A+
Azərbaycanda bu ərazilərdə ev tikən şəxslərə torpaq sahələri verilə bilər
"Təhlükəli ərazilərdə qanunsuz ev tikən vətəndaşlara digər ərazilərdən torpaq sahələri verilə bilər”.

Manevr.az
bildirir ki, bunu iqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Sürüşmə zonalarında inşa edilmiş fərdi yaşayış evlərindən danışan komitə sədri söyləyib ki, orada yağış yağanda müəyyən təhlükələr yaranır:

"Palçıq vulkanı olan ərazilərdə, neft kəmərlərinin yaxınlığında evlər tikilib ki, vətəndaşlar üçün təhlükələr yarana bilər. Belə evlər mütləq təhlükədən azad edilməlidir. Ancaq bu, o demək deyil ki, həmin vətəndaşların hüquqları pozulmalıdır. Çünki onlar o evləri kiminsə razılığı ilə, kiminsə gözü qarşısında tikiblər, o evlərə külli miqdarda xərc çəkiblər, orada müəyyən şərait yaradıblar və onların haqqıdır ki, müəyyən qaydada tələbatları ödənilsin. Ya onlara digər ərazilərdən torpaqlar verilsin və ya müəyyən qaydada günahkar şəxslər tərəfindən onların kompensasiyası ödənilsin, ya da onlara hansısa digər formada köməklik göstərilsin”.

"Bu evlərin tikintisinin qarşısı vaxtında alınsaydı, indi belə problemlər ortaya çıxmazdı. Burada vətəndaşların da səhvləri var. İnsanlar da bilməlidir ki, bu cür ərazi təhlükəli zonadır, ev tikmək olmaz, burada yaşamaq risklidir. Bu barədə vətəndaş düşünməli idi. Halbuki, vətəndaş bilə bilə özünü təhlükə altında qoyub”, - komitə sədri əlavə edib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar