Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda tanınmış iş adamı həbs edildi - FOTO

Tarix: 27-01-2025 10:07     Baxış: 4142 A- / A+

Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri olan iş adamı Rövşən Mehdiyev həbs edilib.
Manevr.az xəbər verir ki, biznesmen dələduzluqda ittiham olunur.
"Union Logistika" yükdaşıma şirkətinin rəhbəri olan R.Mehdiyev bu şirkətlə bağlı da cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət əvvəl şirkətin xidmət öhdəliyini yerinə yetirməməsi barədə saytımıza da şikayətlər daxil olmuşdu. Müştərilər deyirdilər ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, aylardır mallar gəlib çıxmır. Həmin vaxt "Union Logistika"nın nümayəndəsi yanvar ayının sonuna kimi malların sahiblərinə təhvil veriləcəyini demişdi.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla şikayətçilərlə müqavilə bağlayan şirkətin rəhbəri Rövşən Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. 
İstintaq orqanı zərərçəkmişlərin hələ də şikayətçi olması və prosesin gedişinə maneə yaranmaması üçün iş adamının sərbəst qalmasına razılıq verməyib. Zərərçəkənlərə dəymiş ziyan yarım milyona yaxın qiymətləndirilir.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R. Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən "Caspian Energy Club"un Qırğızıstan nümayəndəliyinin də sədridir. Bu barədə mediada çoxsaylı məlumatlar yayılıb. O, 20 ildir biznes fəaliyyəti ilə məşğuldur. Çində "Falson", Qırğızıstanda "Brok Magistr", Türkiyədə "AEMİ" şirkətlərinin rəhbəridir. Mehdiyev 2022-ci ildə Azərbaycanda "Union Logistika" şirkətini yaradıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar