Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Təhlükə saçdığı deyilən portağallarla bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 24-01-2025 21:25     Baxış: 4136 A- / A+
Hər gün 1 portağal yeməyin faydaları
Qida sənayesində, o cümlədən müxtəlif qənnadı məmulatları, qablaşdırılmış sərinləşdirici içkilər və digər qida məhsullarında rəngləndiricilərin istifadəsi dünya təcrübəsində geniş yayılmış bir haldır".
Manevr.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
"Bəzi media səhifələrində portağal məhsulunun üz qabığının parlaq olması və qırmızımtıl iz buraxması barədə məlumatlar dərc olunub. Bütöv halda olan meyvə və tərəvəzlərin zərərli orqanizmlərdən qorunması və əmtəə görünüşünün yaxşılaşdırılması məqsədilə qanunvericiliklə təsbit olunmuş bir sıra qida əlavələrindən (rəngləndirici) istifadə edilir.
Qida sənayesində, o cümlədən müxtəlif qənnadı məmulatları, qablaşdırılmış sərinləşdirici içkilər və digər qida məhsullarında rəngləndiricilərin istifadəsi dünya təcrübəsində geniş yayılmış bir haldır.
Bu qida əlavələri yalnız istifadə şərtlərinə uyğun tətbiq edildikdə, heç bir zərərə səbəb olmur. FAO və ÜST-ün "Qida əlavələri üzrə ekspert Komitəsi" tərəfindən uzun illər davam edən risk təhlilləri nəticəsində təsdiq olunmuş bu qida əlavələri yalnız müəyyən edilmiş hədd çərçivəsində istifadə oluna bilər.
Ölkəmizdə bu istiqamətdə müvafiq nəzarət və tənzimləmə tədbirləri AQTA tərəfindən davamlı olaraq həyata keçirilir" , - məlumatda bildirilir.








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar