Xəbər lenti
Hökumə Əliyevanın qəbirüstü abidəsi belə olacaq – FOTO

Manevr.az bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında Milli Qəhrəmanın atası Cəlil Əliyev deyib.
O bildirib ki, artıq qəbirüstü abidənin hazırlanmasına başlanılıb: “Mənə AZAL-dan zəng etmişdilər. Bildirdilər ki, Hökumə Əliyevanın qəbri üzərində büst ucaldılacaq. Büst altı ay və yaxud bir il ərzində hazır olacaq”.
Cəlil Əliyev vurğulayıb ki, büstdə Hökumənin fotosunun fonunda təyyarə və Milli Qəhrəmanın döş nişanı əksini tapacaq.
Qeyd edək ki, Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcərin Susuzluq kəndində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Daha sonra təhsilinin magistr və doktorantura pillələrini tamamlayıb. 2016-cı ildən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi, sonralar isə stüardessa kimi işləməyə başlayıb.
.jpg)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar