Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Telefondan istifadə insanları tükədib, həyata maraq azalır – Alimlər

Tarix: 22-01-2025 22:31     Baxış: 395 A- / A+

Smartfondan gündə 5 saat istifadə beyinin yaddaş və öyrənmə ilə əlaqəli bölgəsindəki fəaliyyəti azaldır.
Manevr.az xəbər verir ki, gənclər son zamanlar ümumi tükənmədən, həyata marağın itməsindən şikayətlənir.
Toronto Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma smartfon istifadəsi ilə darıxmaq, cansıxıcılıq hissləri arasında əlaqə tapıb.
Smartfonlar təkcə depressiyaya səbəb deyil, həm də aqressiv davranışlara səbəb ola bilər.
Ekspertlər qeyd ediblər ki, əsas problem cihazların hər insanın yanında olması, informasiyanın həddən artıq yüklənməsidir.
Sosioloji sorğular göstərib ki, 2009-cu ildən etibarən yeniyetmələr və tələbələr getdikcə daha çox cansıxıcılıq və narahatlıq yaşayırlar. Tədqiqatçılar belə qənaətə gəliblər ki, əsas səbəb sosial şəbəkələrin və rəqəmsal medianın insan həyatının 70%-ni zəbt etməsidir.
Daim vizual və emosional stimullaşdırma cavanları kitab oxumaq, gəzmək, idman və real həyata adaptasiyanı maraqsız edib.
Psixoloq-məsləhətçi Yevgeni Kovalevski qeyd edib ki, smartfonlardan gələn informasiya axını praktiki olaraq heç bir faydalı məlumat vermir, beyni həddən artıq yükləyir.
“Əgər siz fiziki əməklə məşğul olursunuzsa, o zaman internet və telefonların sizə heç bir xüsusi zərəri yoxdur. Əgər işiniz zehnidirsə - məsələn, universitetdə oxumaq - onda siz sadəcə olaraq beyninizi lazımsız məlumatlarla yükləyir, nəticədə lazım olanlar üçün daha az yer saxlayırsız”.
Alimlər telefondan və sosial şəbəkələrdən gündə 2-3 saatdan artıq istifadə etməməyi tövsiyə edir.medicina

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar