Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xəstəxana direktoru cərimələndi - tibb bacısını haqsız yerə işdən çıxardığı üçün

Tarix: 21-01-2025 17:49     Baxış: 443 A- / A+


 
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru 1500 manat cərimə olunub. Buna səbəb isə tibb bacsısının haqsız yerə işdən azad edilməsi olub.
Manevr.az musavat.com-a istinadla xəbər verir ki, direktor Günay Muradova İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə 1500 manat cərimə edilib.
Əldə etdiyimiz məlumata görə, xəstəxananın əməkdaşı Elnarə Şıxıyeva Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad

edilb. Elnarə Şıxıyeva bundan müvafiq qurumlara şikayət verib.
Araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qərar qəbul edib ki, Elnarə Şıxıyevanın işdən çıxarılması zaman əmək qanunvericiliyinin tələbləri pozulub.

O da məlum olub ki, Elnarə Şıxıyeva barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad edilməsi barədə qərar qəbul edilib, lakin sonradan bu qərar icra edilməyib. Elnarə Şıxıyevaya tibb məntəqələrindən birində kiçik tibb bacısı işləməsi təklif olunub. E.Şıxıyeva bununla razılaşmadığı üçün işdən azad edilib.

Günay Muradova cərimə edilməsindən narazı qalaraq məhkəməyə müraciət edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar