Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

Həyat yoldaşının və ya sevgilisinin yazışmalarını icazəsiz oxuyanları cəza gözləyir? - Vəkil AÇIQLADI

Tarix: 21-01-2025 15:38     Baxış: 335 A- / A+

Həyat yoldaşının və ya sevgilisinin yazışmalarını icazəsiz oxuyanları cəza gözləyir? - Vəkil AÇIQLADI

Zaman-zaman telefonlara müdaxilə ilə bağlı məsələ gündəm olur. Xüsusilə bu mövzu qadın-kişi arasında müzakirə obyektidir. Qarşı tərəfdən gizli şəkildə telefona müdaxilə edənlər, şəxsi yazışmaları oxuyanlar və ya şəxsi fotolara nəzər salanlarla bağlı fikirlər birmənalı qarşılanmır - bu, dost da ola bilər, sevgili də, həyat yoldaşı da...Məsələn, Türkiyə qanunvericiliyində şəxsi həyatın gizliliyinin pozulması ilə bağlı maddələr nəzərdə tutulub – “Şəxsi həyatın toxunulmazlığını pozan hər kəs bir ildən üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəkil və ya səslərin yazılması ilə məxfilik pozularsa, cəza artırılır”.
 
Maraqlıdır, Azərbaycan qanunvericiliyində bununla bağlı nələr nəzərdə tutulub? Məsələn, şəxs, telefonuna icazəsi olmadan müdaxilə edən yaxını ilə bağlı hansısa qanuni tədbirlər görə bilərmi?
 
Manevr.az-ın xəbərinə görə, bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki,  Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ var:
 
“Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.

 
 
Vəkil bildirdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır:
 
“Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunvericilikdə bir şəxsin şəxsi məlumatlarına digər şəxsin baxması hələ özlüyündə məsuliyyət yaratmır. Məsuliyyətin yaranması üçün yayılması, habelə satılması və ya başqasına verilməsi, habelə qanunsuz toplanılması halı sübuta yetirilməlidir. Əgər bir şəxs digər şəxs barədə mütəmadi olaraq qanunsuz şəkildə şəxsi və ailə həyatının sirri olan məlumatları toplayırsa, bunun özü də məsuliyyət yaradır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar