Sizin Reklam Burada
Xəbər lenti
17-01-2025
16-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

Tarix: 17-01-2025 16:19     Baxış: 447 A- / A+
Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI
Azərbaycanda iqtisadçı, hüquqşünas, həkim və digər ixtisaslara yiyələnmiş nazirlər var. Onlar təhsil üçün həm ölkə, həm də dünya universitetlərinə üz tutublar.
Manevr.az azərbaycanlı nazirlərin bitirdiyi universitetlərin siyahısını təqdim edir:
Azərbaycan Respublikasının Baş naziri Əli Hidayət oğlu Əsədov - 1974-cü ildə Moskva şəhərində Plexanov adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub, 1978-ci ildə həmin İnstitutu bitirib. O, iqtisad elmləri üzrə yüksək təhsil alıb və uzun müddət iqtisadi sahədə fəaliyyət göstərib.

Baş nazirin müavini Şahin Abdulla oğlu Mustafayev - 1989-cu ildə M. Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. O, iqtisadçıdır və maliyyə, iqtisadiyyat sahəsində geniş təcrübəyə malikdir. 

Baş nazirin müavini Samir Rauf oğlu Şərifov - 1983-cü ildə Ukraynanın Kiyev Dövlət Universitetində Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib və magistr dərəcəsi alıb. 

Daxili işlər naziri Vilayət Süleyman oğlu Eyvazov - 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Bahadur oğlu Babayev - 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya, 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr, 2000-ci ildə Ümum-Rusiya Xarici Ticarət Akademiyasının “Dünya iqtisadiyyatı” ixtisasını bitirib.  
 
Elm və təhsil naziri Emin Eldar oğlu Əmrullayev - 1999–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alaraq təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində (Budapeşt) siyasi elmlər üzrə magistr pilləsində təhsilini davam etdirib. 2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində ictimai (inzibati) idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.

Energetika naziri Pərviz Oqtay oğlu Şahbazov - 1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 

 
Ədliyyə naziri Fərid Turab oğlu Əhmədov - Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb. 2004-cü ildə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2017-ci ildə İngiltərənin Oksford Universitetinə "Weidenfeld" təqaüdü ilə daxil olaraq doktorluq dissertasiyasını edib. 2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Rafiq oğlu Babayev - Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.
 
Fövqəladə hallar naziri Kəmaləddin Fəttah oğlu Heydərov - 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib.  Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Gənclər və idman naziri Fərid Fazil oğlu Qayıbov - Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib. 2014-cü ildə P. F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

Xarici işlər naziri Ceyhun Əziz oğlu Bayramov - Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

İqtisadiyyat naziri Mikayıl Çingiz oğlu Cabbarov - 1992–1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997–1998-ci illərdə ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Kənd təsərrüfatı naziri Məcnun Qadir oğlu Məmmədov - 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində  “Ümumi İqtisadiyyat: Mühasibat uçotu və Audit”  ixtisası üzrə bakalavr təhsili, daha sonra isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin idarə edilməsi üzrə magistr (MBA) təhsili alıb. 2017-ci ildə ABŞ-də “Aqrobiznesdə İnnovasiya və Effektivlik” üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olub. 2022-ci ildə Hollandiyanın Wageningen Universiteti ilə Tilburg Universitetinin birgə magistr proqramı olan “Qida və Aqrobiznesdə İdarəetmə” (EMBA in Food & Agribusiness) ixtisası üzrə təhsilə başlayıb.


Mədəniyyət naziri Adil Qabil oğlu Kərimli - 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilib və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alıb.

 
Müdafiə naziri Zakir Əsgər oğlu Həsənov - 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi lisey, 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi, 1986–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib.

 
Müdafiə sənayesi naziri Vüqar Valeh oğlu Mustafayev - 2004-cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə - Menecment ixtisasına daxil olub,  2008-ci ildə fərqlənmə ilə bitirib. 2010-2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr proqramı üzrə məzun olub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyev - 1994–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr təhsili alıb.  2000–2002-ci illərdə isə ABŞ-nin Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Səhiyyə naziri Teymur Yusif oğlu Musayev - 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi" elmi dərəcəsini alıb. 2003–2004-cü illərdə Fransanın "Universite Strasburg 1" Universitetində "laparoskopik cərrahiyyə" ixtisası üzrə diplom kursunun tələbəsi olub. 2013–2015-ci illərdə "Riga İnternational School of Business and Economics" və "Riga Stadins University" birgə magistratura təhsili, 2015-ci ilin may ayında "Master fo Health Management (business executive)" magistr dərəcəsini alıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Əvəz qızı Muradova - 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Rauf oğlu Muradov -  2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyası, Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər institutu, İtaliyanın Genuya Universiteti ilə birgə "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə birgə magistratura proqramını bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantı və elmi işçisi olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Ələmşah oğlu Məmmədov -  Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Ardınca o, Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2013-cü ildə Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi "İnkişaf edən liderlər" adlı xüsusi proqramın iştirakçısı kimi Harvard Universiteti sertifikatını alıb.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırov - 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, ikinci təhsil kimi isə 2003-cü ildə Rusiya Gömrük Akademiyasının Gömrük işinin təşkili fakültəsini bitirib.  2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi (iqtisad üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə yiyələnib.


Dövlət Sərhəd Xidmətinin rəisi Elçin İsağa oğlu Quliyev - 1984-cü ildə isə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olub, 1988-ci ildə oradan məzun olub.

Dövlət Statistika Komitəsinin sədri Tahir Yaqub oğlu Budaqov - 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev - 1999-cu ildə Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsinin İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bitirib, mühəndis-iqtisadçıdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Şükür oğlu Rzayev - 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və 1993-cü ildə həmin universitetin hüquq fakültələrini bitirib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynov - 1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub və 2001-ci ilin iyununda bakalavr dərəcəsi alıb. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavada, Academia İstropolitana Novada intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib. 2003-cü ilin sentyabrında o, UNEC-də magistraturaya daxil olub və 2005-ci ilin iyununda beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi alıb. 2008-ci ildə o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2012-ci ildə bitirib.  2010-cu ilin iyununda Vüsal Hüseynov Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul olub. 2011-ci ilin mayında o, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyev - 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl Qorxmaz oğlu İbrahimov - 1987-ci ildə Bakı şəhəri, 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olub,  1992-ci ildə mühəndis ixtisası ilə ali təhsilini başa vurub. 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.


 Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Rauf oğlu Mikayılov - 1999-cu ildə Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.

 
Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyev - 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997–2000-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminghem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar İlahi oğlu Təhməzli - 1988-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub. 1994-cü ildə isə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə oranı "Siyasi elmlər bakalavrı" dərəcəsi ilə bitirib. Tibb elmləri üzrə fəlsəfə doktorudur.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Adil oğlu Rəsulov - 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olub və 1971–1976-cı illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirib. 1980-ci ildən BDU-da çalışır. Filologiya üzrə elmlər doktoru, professordur.(sfera.az)


 





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar