Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə Ağadadaş Ağayevin iddiasına xitam verdi

Tarix: 16-01-2025 10:55     Baxış: 397 A- / A+

Məhkəmə Ağadadaş Ağayevin iddiasına xitam verdi

Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiası əsasında məhkəmə prosesi yekunlaşıb.
Manevr.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin barışıq əldə etdiyinə dair məlumat təqdim olunub.
Bildirilib ki, notariusda barışıq əldə olunub və tərəflər bir-birinə qarşı olan mülki iddiadan imtina ediblər.
Daha sonra məhkəmə iddiadan imtina edildiyi üçün icraata xitam verilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, ötən ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.
Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir.
Qeyd olunan insident üzrə başlanmış cinayət işinə də Binəqədi rayon məhkəməsində baxılır.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar