Sizin Reklam Burada
Xəbər lenti
14-01-2025
13-01-2025
BÜTÜN XƏBƏRLƏR

Saray körpüsünün tikintisi nə vaxt başa çatacaq? – AÇIQLAMA

Tarix: 14-01-2025 17:46     Baxış: 438 A- / A+
Saray körpüsünün tikintisi nə vaxt başa çatacaq? – RƏSMİ AÇIQLAMA
"Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən körpünün tikintisi 3-4 aya tam yekunlaşacaq".
Manevr.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.
O bildirib ki, yeni körpünün tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib:
"Üç aşırımdan ibarət körpünün uzunluğu 104 metrdir. 4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə 1 metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir. Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur".
Anar Nəcəfli körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkilərinin tikintisinin də nəzərdə tutulduğunu qeyd edib.
Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar