Xəbər lenti
“Duolingo ilə İngilis dilini asan və səmərəli öyrən!” adlı layihənin təlimləri uğurla davam etdirilir -FOTOLAR

Manevr.az xəbər verir ki, 11 yanvar 2025-ci il tarixdə Ağsu şəhər 3 nömrəli tam orta məktəbində ingilis dili kursunun növbəti təlimi baş tutub. Ağsu şəhər 3 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Aynur Nemətovanın rəhbərlik etidiyi layihə çərçivəsində Ağsu şəhər 3 nömrəli tam orta məktəbində Ağsu rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdləri üçün 3 aylıq ödənişsiz İngilis dili kursu fəaliyyət göstərir. İngilis dili kursunun təlim proqramına uyğun olaraq həm kitablarla, həmçinin də duolingo proqramı ilə müdavimlərə ingilis dilində oxumaq, yazmaq, dinləyib- anlamaq bacarıqları öyrədilməklə, "People", "Lifestyle", "Professions", "Travelling" bölmələri tədris edilir. Kursda hər 4 dərsdən bir 90 dəqiqəlik test imtahanı keçirilir, tədrisin nəticələri layihənin eksperti tərəfindən dəyərləndirilir. Layihənin bağlanış tədbirində 3 aylıq kursu bitirən müdavimlərə göstərdikləri nəticələrə müvafiq olaraq diplom və sertifikatlar təqdim ediləcəkdir. Qeyd edək ki, “Duolingo ilə İngilis dilini asan və səmərəli öyrən!” adlı layihənin məqsədi Ağsu rayonunda şəhid və qazi ailələrindən, həmçinin müharibə iştirakçısı olmuş və sosial təminatı aşağı olan ailələrdə böyüyən V-VIII sinif şagirdlərinin ingilis dili biliklərini möhkəmləndirmək, onların ingilis dilində oxumaq, yazmaq, dinləyib-anlamaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar