Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Daha 296 kirayə mənzil satışa çıxarıldı

Tarix: 13-01-2025 17:43     Baxış: 3290 A- / A+
Daha 296 kirayə mənzil satışa çıxarıldı

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış kompleksində daha 296 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir. 
Manevr.az xəbər verir ki, bu barədə Fonddan bildirilib
Qeyd olunub ki, yaşayış sahələri 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 448 manatdan başlayır. 
Yeni mənzillər seçim üçün 21 yanvar 2025-ci ildən etibarən açıq olacaq.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir.
 
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (//www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.
 
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 6317 kirayə müqaviləsi bağlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar