Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Belçikada sosial müavinətlərin kəsilməsinə qarşı kütləvi tətil başlayıb

Tarix: 13-01-2025 09:41     Baxış: 478 A- / A+


 
Belçikada 3 milyard avroluq pensiya və sosial müavinətlərin kəsilməsinə qarşı ümumi tətil başlayıb.
Manevr.az məlumat verir ki, bu barədə krallığın üç ən böyük həmkarlar ittifaqı məlumat yayıb, etiraz aksiyası 24 saat davam edəcək.
Artıq müəllimlər, ictimai nəqliyyat, dəmir yolu və hava limanı əməkdaşları, o cümlədən təhlükəsizlik işçiləri, habelə həbsxana gözətçiləri, poçtalyonlar, yanğınsöndürənlər və kommunal xidmətlərin işçiləri tətildə iştirak edəcəklərini bildiriblər. RTBF telekanalının məlumatına görə, ictimai nəqliyyat praktiki olaraq fəaliyyət göstərməyəcək, hər üç şəhərlərarası qatar və avtobusdan yalnız biri işləyəcək, reyslərin təxminən 70 %-i ləğv edilib.

Krallığın polisi Brüsseldə avtomobil sürməməyi tövsiyə edib, çünki şəhərdə böyük tıxaclar gözlənilir. Bundan əlavə, həmkarlar ittifaqlarının təxmini hesablamalarına görə, şəhərin mərkəzi 50 000 – 100 000 adamın iştirak edəcəyi etiraz nümayişi üçün bağlanacaq. Şəhər rəhbərliyi nümayişin keçirilməsinə icazə verib.

Etiraza səbəb ölkə büdcəsində sosial xərclərin ildə 3 milyard avro azaldılması planları olub. Planları Baş nazir postuna namizəd, ifrat sağçı “Yeni Flamand Alyansı” Partiyasının sədri Bart De Vever hazırlayıb. O, xüsusən ölkənin hərbi xərclərinin artırılmasının tərəfdarıdır.report

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar