Xəbər lenti
Səhiyyə Nazirliyinə 52 yeni təcili yardım maşını veriləcək

Manevr.az xəbər verir ki, bunu report-a açıqlamasında Naxçıvan MR-in səhiyyə naziri Samiq Sadıqov deyib.
O bildirib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində MR-də səhiyyə sahəsində bir sıra mühüm yeniliklər həyata keçirilib, Təcili Tibbi Yardım briqadalarının yaradılması və maddi-texniki təminatın artırılması diqqət mərkəzində olub. Bu sahədə atılan addımlar arasında təcili tibbi yardım xidmətinin proqram təminatının formalaşdırılması və istifadəyə verilməsi xüsusi yer tutur.
S.Sadıqov qeyd edib ki, 2024-cü ildə təcili tibbi yardım briqadalarının sayını artırmaq və maddi-texniki təminatını daha da gücləndirmək məqsədilə 52 yeni təcili yardım avtomobili alınması ilə bağlı satınalma müsabiqəsi həyata keçirilib və müqavilə bağlanılıb. Bu avtomobillərin 2025-ci ilin ilk yarısında təhvil verilməsi nəzərdə tutulub. Bu da təcili yardım xidmətinin daha sürətli və effektiv fəaliyyət göstərməsini təmin edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar