Xəbər lenti
İlahi, bir göz qırpımınca ömür verəydin, o da ki gözümü qapamaq üçün
Telli Həsənova, NDU-nun
tarix-filologiya fakültəsinin II kurs tələbəsi
Hər şeyin yolunda getdiyi zaman hətta dərsimin və bütün məsuliyyətlərimin dolaşıq vaxtında heç özüm də bilmədən xəyala dalıram. Düşünürəm, amma, tapa bilmirəm axı həyatın mənası nədir? Hər gün “niyə?”, ”kaş ki” deməkdən yorulmuş kimiyəm. Hər gün özümlə baş-başa qalmaqdan yorulmuş kimiyəm. Hər gün bir az daha həyatın etdiyi haqsızlıqdan yorulmuş kimiyəm. İnsanları da anlamaq olmur axı... Varkən gözəl saf yaşamaq, nəyə lazımdır vicdansız yaşamaq eləmi? Deyilir ki, “Xeyirin şər üzərində qələbəsi” XXI əsrdə artıq əksinədir desək, daha doğru olar. Və yaxud da gecikmişlik... Bir yerdə şər qalib gəldikdən sonra haqq ədalət yerini tapır xeyir qalib gəlir. Amma, çox gec olur, həm də çox gec... Hər şey vaxtında gözəl deyilmi?
İlahi bir göz qırpımınca ömür verəydin... O da ki gözümü qapamaq üçün. Ah insanlar dünyanın işi budur. Həə! birdə doğuşdan şanslı olanlar var axı... Necə ki, sən saatlarla, günlərlə, aylarla hətta illərlə çalış canından can getsin, amma, bəxtin olmasın eləmi? Qəribədir, eyni zamanda gülünc... Artıq hər kəsdən uzaqlaşıb şeirlərə sığınıram, alətsiz, sevgisiz ,qayğısız...” duyğusu daşıyan insanlar tərəfindən qələmə alınıb. Sevgisinə, ədalətinə hər zaman güvəndiyim insandan gözəl parça demək istəyirəm sizlərə. Bu parça o qədər incə ruhla qələmə alınıb ki, onu sevməmək mümkün deyil. Deyəsən, elə xəyallarımdakı çırpınan sualın cavabıdır. Sadəcə cavabı... Ruhu kitab qoxan qadın Gülay Tahirlidən...
Mən "niyə"lərin üstünə,
Çoxdan torpaq atmışam.
Ruhu şad olsun bütün "kaş ki"lərin!
Arxaya dönüb baxan da deyiləm,
Arxadakılar məndən xəbərsiz hopub canıma.
Unudulmaqdan qorxma!
Yanaqlarım islanır dayanan yerdə,
Beyin öz işindədir, ürək öz işində...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar