Xəbər lenti
Sübhan Qafaroğlunun “Möcüzə şəhər”i işıq üzü gördü
![](/uploads/posts/2025-01/thumbs/qafarov-1.jpg)
Manevr.az xəbər verir ki, kitabda Sumqayıtın tarixi salnaməsi, dünəni və bu günü, qurucuları, əmək qəhrəmanları, ictimai xadimləri, istehsalatda hünər göstərən mühəndisləri, alimləri, müəllim və həkimləri, yazıçı və şairləri, incəsənət ustaları, bir sözlə, zəhmət bahadırları və onların əmək fəaliyyəti, cəfakeşliyi və fədakarlığı geniş əks olunub.
Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi, ölkə rəhbəri cənab İlham Əliyevin Sumqayıtın inkişafına göstərdiyi xüsusi diqqət və qayğısı, şəhərin necə möcüzəyə çevrilməsi barədə ətraflı bəhs edilib. Uzun illərin jurnalist araşdırması, gərgin çalışması nəticəsində ərsəyə gələn yeni nəşrdə müəllif müxtəlif məqalələr, müsahibələr, oçerk və zarisovkaları məharətlə, yüksək peşəkarlıqla qələmə alaraq ayrı-ayrı bölmələrdə təqdim edib. Qeyd edək ki, adı çəkilən kitab Sumqayıt şəhər İcra Hakimiyyətinin maddi və mənəvi dəstəyi ilə işıq üzü görüb, böyük marağa səbəb olmaqla yanaşı, Sumqayıtın 75 illik yubileyinə bir töhfədir. Sübhan Quliyevi təbrik edir, ona daha böyük yaradıcılıq uğurları diləyirik!
İlhamə Məhəmmədqızı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
![](/uploads/posts/2017-12/1513590098_zehra-2.jpg)
![](/uploads/posts/2018-02/1519153962_15176299281096731184_1000x669.jpg)
![](/uploads/posts/2018-03/1520592290_631853_61520588488.jpg)
Son yüklənənlər
![](https://olke.az/file/articles/2025/02/08/1738997756_biznes_teyyaresi.jpg)
![](/uploads/posts/2025-02/images-1.jpg)
![](/uploads/posts/2025-02/images.jpg)
Axtarış
Reklam
![](/templates/yenimanev2/images/rek22.gif)
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar