Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

2025-ci il beş bürc üçün böyük şanslar gətirəcək

Tarix: 28-12-2024 11:02     Baxış: 4171 A- / A+


2025-ci il astrologiya baxımdan bəzi bürclər üçün böyük şanslar gətirəcək. Həm iş həyatı, həm də şəxsi münasibətlər və inkişaf sahələrində uğurlu dövr yaşamağa hazır olan bu bürclər il ərzində müsbət enerjidən maksimum istifadə edə biləcəklər.

Manevr.az 2025-ci ilin ən uğurlu 5 bürcünü təqdim edir.
Buğa bürcü (21 aprel - 21 may)
2025-ci il Buğa bürcləri üçün xüsusilə maliyyə və sevgi sahələrində şans gətirəcək. Yupiterin təsiri ilə Buğalar karyeralarında böyük irəliləyiş əldə edəcək və gözlənilməz gəlir mənbələri ilə qarşılaşacaqlar. Venera isə sevgi həyatlarına harmoniya və xoşbəxtlik bəxş edəcək.
Xərçəng bürcü (22 iyun - 22 iyul)
Hissiyyatlı bürclərdən olan Xərçəng 2025-ci ildə özünü daha təhlükəsiz hiss edəcək. Ailə münasibətlərində əmin-amanlıq və xoşbəxtlik ön planda olacaq. Yeni iş imkanları və güclü dostluqlar ilin əsas qazancı olacaq.
Qız bürcü (23 avqust - 22 sentyabr)
Qız bürcləri üçün 2025-ci il nizamlı və planlı yanaşmaları sayəsində uğurlar əldə edəcəkləri bir dövr olacaq. Yupiterin dəstəyi ilə uzun müddətdir gözlədikləri fürsətlər ortaya çıxacaq. Təhsil, karyera və şəxsi inkişaf sahələrində böyük addımlar atacaqlar.
Əqrəb bürcü (23 oktyabr - 21 noyabr)
2025-ci il Əqrəblər üçün dəyişikliklər ili olacaq. Xüsusilə maliyyə sahəsində böyük qazanc əldə edəcək və investisiyalarında müvəffəqiyyət qazanacaqlar. Sevgi həyatında isə gözlənilməz və xoş sürprizlər onları gözləyir.
Oğlaq bürcü (22 dekabr - 20 yanvar)
Oğlaqlar 2025-ci ildə səbrlərinin qarşılığını alacaqlar. Uzun müddət əziyyət çəkdikləri layihələrdən gözlənilən nəticələri əldə edə bilərlər. Xüsusilə karyera sahəsində yüksəliş və nüfuz qazanmaq fürsətləri ilə dolu bir il olacaq.(metbuat.az)

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar