Xəbər lenti
Yolunuz aydın olsun, əziz polislər!

Bu gün bütün bu neqativ halların qarşısını almağa çalışan, Azərbaycan xalqının təhlükəsizliyi üçün gecə-gündüz oyaq olan polis əməkdaşlarından, yaşadığım ərazinin polislərindən danışmağı və onların bayramlarını təbrik etməyi özümə borc bildim. Hələ bayrama bir neçə gün qalıb. Mingəçevir polisi artıq gücləndirilmiş rejimə keçib. Şəhər Polis İdarəsinin rəisi Ədalət Əliyevin və müavini Vahid Məmmədovun xüsusi tapşırıq və göstərişçi ilə təhlükəsizliyimizin təminatçıları xidmət saatının artırılmasından şikayət etmədən iş başındadır. Yol polisinin əməkdaşları Mingəçevir küçələrində quraşdırılmış yol hərəkəti nişanlarına, yollardakı hərəkət intensivliyinə nəzarəti gücləndirərək, reydlərə başlayıb. Bu ağır, çətin işlərin başında Mingəçevir Yol Polisi İdarəsinin rəisi Yusif Paşayev dayanır. Bu sadə, işinin öhdəsindən məsuliyyətlə gələn insan Mingəçevir yollarında təhlükəsizliyin qorunması üçün necə əmək sərf etdiyini Mingəçevir əhalisi və sürücülər çox yaxşı bilir. 44 günlük Zəfər tariximizdə Azərbaycan polisinin əməyi danılmazdır.
Birinci və İkinci Qarabağ döyüşlərində, sonrakı uğurlu “Qisas” və “Antiterror” əməliyyatlarında polis əməkdaşlarının çox böyük rolu oldu. Xüsusən də, “Antiterror” əməliyyatının uğurla başa çatmasında Azərbaycan Polisinin adını qürurla çəkirik. Azərbaycan Polisini, Mingəçevir Polis idarəsinin əməkdaşlarını Yeni il və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik etməzdən əvvəl Azərbaycan Vətən Müharibəsində qəhrəmanlıqlar, igidliklər göstərərək şəhadətə yüksəlmiş polislərimizin ruhu şad olsun deyirəm! Onların ailələrinə və xalqıma dərin hüznlə baş sağlığı verirəm. Və ilk növbədə Şəhid Polislərimizin ailələrini, bütün şəhid və qazilərimizin ailələrini, xalqımı, ordumu və fəxr duyduğum Azərbaycan Polisini qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm!
Azərbaycan ordusunun, Azərbaycan xalqının yanında olan, zəfər yolunda dönmədən, yorulmadan irəliləyən, əziz polis əməkdaşları! Əziz Mingəçevir şəhər polisləri! Arzu edirəm ki, əməyiniz boşa getməsin! Qarşıdan gələn ağır bayram günlərini xətasız, qayda pozuntusu olmadan başa vurasınız! Qarşıdan gələn bayramlarınız mübarək!
Səxavət Kəlbəcərli,
Azərbaycan Yazıçılar Birliyinin
və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Prezident təqaüdçüsü.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar