Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Göydə 2 dəfə partlayış oldu, saat yarım sonra yerə çırpıldıq - Qəzada yaralanan şəxs

Tarix: 27-12-2024 14:39     Baxış: 387 A- / A+

İki dəfə göydə partlayış oldu və saat yarım sonra təyyarə yerə çırpıldı.

Manevr.az xəbər verir ki, bu sözləri Aktau yağınlığında baş verən təyyarə qəzasında sağ qalan və hazırda "Yeni Klinika"da müalicə alan Balakən rayon sakini Vəfa Şabanova deyib.

O bildirib ki, təyyarədə tək uçurdu.

"Təyyarə yerə çırpılanda artıq hər kəs orada idi. Hədisədən sonra səfirlikdən əməkdaşlar bizimlə görüşüb maraqlandılar, həkimlərimiz gəlmişdi, çox adamlar var idi. Yaxınlarımızla əlaqə saxlamağa şərait yaradıldı. Burda yaxşıdı hər şey, yavaş - yavaş yaxşı oluram", - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin "qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.Trend

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar