Onlar böyük coşqu ilə qarşılanıblar və Ballıca kəndinin təbiət gözəlliyi seyr ediblər.
Kənddə köçən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli qarşılayıb. İlk öncə Qarabağ müharibəsi şəhidləri və təyyarə qəzasında həlak olan vətəndaşların xatirəsi böyük ehtiramla yad olunub. T. Kərimli keçmiş məcburi köçkünləri təbrik edərək onlara xoşbəxt və firavan həyat arzulayıb. Mənzillərin açarları ailələrə təqdim edilib.
Doğma yurda qayıdan Xocalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Köçürülən ailələrin Ballıca kəndində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən fərdi yaşayış evlərində məskunlaşması üçün bütün şərait yaradılıb. Kənd içməli su, elektrik enerjisi, təbii qaz və internetlə təmin edilib.
Qeyd edək ki, bir neçə əvvəldə Ballıca kəndinə ilk köç olmuşdu. İlk mərhələdə kəndə 27 ailə-152 nəfər köçürülüb.