Xəbər lenti
Nazir Rəşad Nəbiyev tapılan qara qutudan danışdı - VİDEO

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus "Embraer" təyyarəsinin qara qutuları aşkar edilib.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
O bildirib ki, qara qutular qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Son qərar sabah və ya yaxın günlərdə veriləcək.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qazaxıstanda baş vermiş təyyarə qəzasından sağ çıxan və yaralanan Azərbaycan vətəndaşlarını ziyarət ediblər.
Nazirlər xəstəxanalarda müalicə alan yaralıların səhhəti ilə maraqlanıb və onların vəziyyəti ilə bağlı həkimlərdən məlumat alıblar. Bundan əlavə, rəsmilər sərnişinlərlə danışaraq təyyarədə baş verən hadisələr və qəzanın səbəbləri barədə ifadələrini dinləyiblər.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar